ABŞ səfiri Gəncədə Nizami məqbərəsini ziyarət edib - Foto

ABŞ səfiri Gəncədə Nizami məqbərəsini ziyarət edib - Foto
27 oktyabr 2021
# 14:22

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Gəncəyə səfəri çərçivəsində Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfirə dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, səfir BMT-nin Miqrasiya Təşkilatının “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” adlı layihəsi çərçivəsində bu gün Gəncədə keçirilən tədbirdə iştirak edib.

# 1843 dəfə oxunub

Müəllifin son yazıları

# # #