Corc Oruelin heykəli qoyulacaq

Corc Oruelin heykəli qoyulacaq
10 avqust 2016
# 12:35

Londonun mərkəzində məşhur “1984” romanının müəllifi Corc Oruelin heykəli qoyulacaq. Kulis.az rus mətbuatına istinadən verdiyi xəbərə görə heykəl BBC-nin binasının girişində yerləşdiriləcək.

Bürüncdən hazırlanacaq heykəl üçün vəsait toplanıb. Keçmiş Leyboristlər partiyasının üzvü, Corc Oruelin pərəstişkarı Ben Uitaker bu işdə fəal iştirak edib.

Heykəldə Corc Oruelin məşhur fikri yazılacaq: “İnsanlara eşitmək istəmədikləri azadlıq və həqiqətdən danışmaq lazımdır”.

Xatırladaq ki, İkinci Dünya Müharibəsində Corc Oruel BBC-də şərhçi kimi işləyib. 1943-cü ildə isə işi yaxşı görə bilmədiyini əsas gətirərək şirkətdən uzaqlaşıb.

# 1114 dəfə oxunub

Müəllifin son yazıları

# # #