Elton Con son çıxışını vətənində etdi

Elton Con son çıxışını vətənində etdi
26 iyun 2023
# 11:00

Britaniyalı müğənni Elton Conun vida konserti Qlastonberi Musiqi Festivalı çərçivəsində keçirilib.

Kulis.az az xarici mediaya istinadən xəbər verir ki, konsert bazar günü baş tutub. Müğənniyə festivalın çoxsaylı məkanlarından ən prestijlisi - Piramida səhnəsi verilib.

Musiqiçinin çıxışı Britaniya mediasının böyük marağına səbəb olub. Piano arxasında əyləşən Elton Con bir çox hitini ifa edib.

Qeyd edək ki, konsert "Rocket Man" mahnısı və atəşfəşanlıqla başa çatıb.

# 1019 dəfə oxunub

Müəllifin son yazıları

# # #