Məşhur aktyor evində ölü tapıldı

Məşhur aktyor evində ölü tapıldı
11 dekabr 2020
# 15:51

Məşhur filmlərin epizodik rollar ifaçısı amerikalı aktyor Tom Lister evində ölü tapılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun dostları ondan uzun müddət xəbər almayınca hüquq -mühafizə orqanlarına müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 62 yaşlı aktyorun Los Ancelesdəki evinə daxil olarkən mənzildə cəsədini tapıblar.

Qeyd edək ki, Tom Lister bir çox məşhur filmlərdə o cümlədən “Beşinci element” filmində epizodik rollara çəkilib.



.



# 1757 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #