Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova 1 sentyabr – Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.
Kulis.az xəbər verir ki, Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib.
Namizədlərin arasında Elnarə Akimova da var.
- “O fotonu silmək fikrimiz yoxdur” – Müşfiq Abbasov etiraz yaradan paylaşımdan danışdı
- Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş oldu
- Bu valyutadan alanlar milyonçu olacaqlar - ARAŞDIRMA
Elnarə Akimova ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016) və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.