“Bakuqan” animasiya serialının premyera tarixi açıqlandı

“Bakuqan” animasiya serialının premyera tarixi açıqlandı
2 avqust 2023
# 11:49

“Bakuqan” animasiya serialının növbəti mövsümünün ilk nümayişi “Netflix” platformasında olacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, animasiya serialının səkkizinci mövsümü ümumən sentyabrın 1-dən etibarən yayımlanacaq.

Qeyd edək ki, “Bakuqan”ın yeni mövsüm premyerasının ABŞ, Kanada, Avstraliya, Yaxın Şərq və Şimali Avropa ölkələrində olacağı gözlənilir. İlk olaraq sarial “Netflix” videoyayım platformasına veriləcək.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #