Elmira Rəhimova uzun müddət sonra ilk dəfə - Fotolar

Elmira Rəhimova uzun müddət sonra ilk dəfə - Fotolar
29 avqust 2023
# 11:30

Xalq artisti Elmira Rəhimova uzun müddətdən sonra ilk dəfə kamera qarşısına çıxıb.

Kulis.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial media hesabında paylaşım edib.

Səhhəti ilə bağlı açıqlama verən E.Rəhimova hazırda müalicə aldığını bildirib.

"Hamı üçün darıxmışam. Səhhətim yaxşıdır, müalicə alıram. Özümü xəstəliklərdən qorumağa çalışıram.

Efirləri izləyirəm. Müğənnilərin mənim mahnılarımı oxuduğunu görəndə sevinir, fərəhlənirəm".

Qeyd edək ki, avqustun 13-də sənətçinin 82 yaşı tamam olub.

Axşam.az

# 3379 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #