ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub
19 sentyabr 2024
# 18:00

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Payızın ortası” - Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr edilmiş onlayn tədbir keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə Konfutsi İnstitutu məlumat yayıb.

Tədbirdə Konfutsi İnstitutunun müəllimi Qou Yuyuan “Çjonçücye”nin tarixindən danışıb, bu bayramın ailə üzvləri, yaxın qohumlar və dostlarla birlikdə qeyd olunduğunu vurğulayıb. Əlavə edib ki, Çində bayram günlərində Ay şənlikləri keçirilir.

Tədbirdə qədim Çin şairi Su Şinin bayramın rəmzlərindən biri olan Aya həsr olunmuş şeirləri səsləndirilib. Sonda qonaqlara evdəki rifah və xoşbəxtliyi simvolizə edən ənənəvi ay qoğalları təqdim edilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında” birgə Bəyannamə qəbul olunub. Birgə Bəyannamə dil mübadiləsi sahəsində əməkdaşlığı və Konfutsi institutlarının inkişafına dəstəyi də təşviq edir. Bu, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun elmi, tədris və ictimai maarifləndirici fəaliyyəti üçün mühüm stimuldur.

# 510 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #