Elməddin Cəfərov: "Ayın sonunda gəlir ki, maaş ver"

Elməddin Cəfərov:  "Ayın sonunda gəlir ki, maaş ver"
25 oktyabr 2024
# 13:29

"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddindir. Bir dəfə biri yaxınlaşdı ki, məni tanımadın? Deyirəm yox. Cavab verir ki, Elməddinin serialında çəkilmişəm. Hətta biri dedi ki, həmkarıq. Deyirəm, necə? Deyir, "Qardaşlar"ın 35 və 36-cı bölümündə çəkilmişəm".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Elcan Rəsulov "El canlı" verilişində deyib. O, bir çox tanınmışın aktyor olmasında Elməddin Cəfərovun rolu olduğunu vurğulayıb.

Proqramda yer alan Elməddin isə "12 serial çəkmişəm. Bəzisi 10 il gedib. 5-10 min bölüm olur. Yazır ki, mən də bir bölümdə çəkilmişəm. Haradan yadımda qalsın? Bəzisi xahiş edir ki, gəlim bir bölümdə çəkilim. Razılaşmışam, ayın sonunda gəlib ki, maaş hanı? Deyirəm nə maaş?" cavabını verib.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

# # #