Əli Əsədov Nobel sülh mükafatı laureatı ilə görüşdü

Əli Əsədov Nobel sülh mükafatı laureatı ilə görüşdü
13 mart 2023
# 18:40

Baş nazir Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.

Kulis.az xəbər verir ki, Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.

Eyni zamanda, digər aktual mövzular ətrafında müzakirələr aparılıb.

# 1286 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #