“Təzəpir" məscidinin ətrafında qazıntı zamanı aşkarlanan hamam qalıqları tarixi abidə deyil"”.
Bu barədə ONA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Xidmətin əməkdaşı artıq ərazidə olub və tarixi sənədlərə baxış keçirib: “Bu hamam XX əsrin əvvəllərində tikilib, şəxsi mülkiyyətdə imiş. Hamamın bir hissəsi ötən əsrin 50-ci illərində sökülüb, üzərində ev tikilib. Qalan hissəsi isə təxminən 2007-2008-ci illərdə sökülüb. Hazırda tapılan hissə hamamın külxanasıdır, balaca bir yerdir. Tarixi abidə kimi hamam heç vaxt dövlət qeydiyyatında olmayıb”.
- Bakı festivalında filmlərin qəbulu üçün son gün
- Sosial şəbəkə istifadəçiləri üçün hekayə müsabiqəsi elan edildi
- “Yazı” dərgisinin sayı işıq üzü görüb
Qeyd edək ki, "Təzəpir" məscidinin ətrafında aparılan tikinti işləri zamanı qazıntılar altından hamam qalıqları tapılıb.