Elcan Rəsulov: "Evdə nə qədər qadın paltarı var geyindim"

Elcan Rəsulov:  "Evdə nə qədər qadın paltarı var geyindim"
8 dekabr 2023
# 18:41

"Məsələyə düz yerdən başlamadım. Mənə kim "Əməkdar artist" adı verməlidir? Ya teatrda çalışmalıydım, ya da kinostudiya filmlərinə çəkilməliydim. Mən isə televiziyada, özəl prodakşınlarda işlədim. Düz yerdən başlamamışam. Televiziya rəhbəri durub yazmayacaq ki, bizim əməkdaşa "Əməkdar artist" adı verin. Ona görə də mənim üçün çətindir. Bu yaşdan sonra da gedib həmin yerlərdə işləmək olmur".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov "Qapqara" yutub layihəsində deyib. Aktyorluğundan, diplomlarından danışan Elcan əlavə edib:

"Bir ara müsabiqələrə gedirdim, evə diplomlar gətirirdim. Düzürdüm evə. Pulsuz yaşamışam. Pulsuzsan və ana, ev üçün kişi kimi nəsə etməyə gücün çatmır. Onda diplomlar sənə qıcıq verir. Bir gün anam mənə nəsə almağı tapşırdı, mən də diplomlarımı silib-təmizləyirdim. Dedim ki, gözlə, nəsə fikirləşərəm. Anam da qayıtdı ki, boş-boş diplomlar... Elə bil hər şey dayandı ki, nə edirsən? Niyə bu işlə məşğulsan.
Universiteti bitiririk, amma orda da bizə sahib çıxmırlar. Sonra düşünürəm ki, o qədər tələbəyə necə sahib çıxsınlar?".

Elcan oynadığı ilk obrazlardan söz açıb:

"Mənə tapşırılmışdı ki, bir televiziya tamaşasında qadın obrazı oynayım. Evdə nə qədər qadın paltarı var geyindim, başımı bağladım, qrimi də özüm etdim, başladım "şor var", "şor var" deyib qışqırmağa. Heç kim bilmirdi ki, oynayan mənəm".

Axşam.az

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #