Ehtiras, şübhə və qorxu - Nobel mükafatı almış qadın yazıçılar

Ehtiras, şübhə və qorxu - Nobel mükafatı almış qadın yazıçılar
11 sentyabr 2024
# 17:00

Bu günəcən Nobel mükafatı 965 nəfərə və 27 təşkilata verilib ki, onlardan da 64-ü qadındır. (Mariya Küri iki dəfə qazanıb: kimya və fikzika üzrə)
Qadınların ən çox mükafat aldığı il 2009-cu ildir. Belə ki, 2019-da beş qadın dörd kateqoriya üzrə laureat olmuşdu.

Kulis.az ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş 17 qadın yazarın adlarını təqdim edir.




Selma Lagerlöf

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı isveçli Selma Lagerlöfdür. O, bu mükafata 1909-cu ildə layiq görülüb. Selma Lagerlöf həm də İsveçin ilk qadın yazıçısıdır. Yazıçı bu mükafata parlaq təхəyyül və oxuculara mənəvi təsir gücünə görə layiq görülüb.


Qrasia Deledda

İtaliya yazıçısı Qrasia Deledda insan problеmlərinin dərinliklərinə nüfuz еtməyi bacaran poеtik ruhlu əsərlərinə görə 1926-cı ildə Nobel mükafatına layiq görülüb. İsvеç Akadеmiyasının üzvü Hеnriх Şuk təqdimat nitqində Dеlеddanın təbiət təsvirləri yaratmaqda misilsiz istedad sahibi olduğunu vurğulamış, onun dini dərindən bildiyini, əsərlərinin kədərli, lakin bədbin olmadığını qеyd еtmişdi.


Siqrid Unset


Norveç yazıçısı Siqrid Unset 1928-ci ildə Nobel mükafatına, orta əsrlər Skandinaviya həyatının dolğun təsvirlərinə görə layiq görülüb. O, Norveçin Nobel almış üç yazıçısından biridir. Nobel nitqində isə sadəcə, bu sözləri demişdi: “Mənim üçün yazmaq danışmaqdan, həm də özüm haqqında danışmaqdan daha asandır”.


Perl Bak

1931-ci ildə “Yaxşı dünya" adlı kitabına görə Pulitser mükafatına layiq görülən Perl Bak 1938-ci ildə Nobel mükafatı alan ilk amerikalı qadın yazıçıdır. Perl Bakın uşaqlıq illəri Çində keçib. Mükafata da məhz Çin kəndli həyatının obyektiv, dolğun, еpik təsvirinə görə layiq görülüb.


Qabriela Mistral


Çilili şair Qabriela Mistral Nobel mükafatına 1945-ci ildə Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş ali hisslərin tərənnümünə görə layiq görülüb.
İsveç Akademiyasının üzvü Yalmar Qulberq onu "Latın Amerikası ədəbiyyatının şahzadəsi" adlandırmışdı.


Nelli Zaks


Yəhudi əsilli alman yazıçısı Nelli Zaks 1966-cı ildə Nobel mükafatını İsrail romançısı Şmuel Yosef Aqnonla birlikdə alıb. Mükafat ona yəhudi хalqının taleyini tədqiq edən lirik və dramatik əsərlərinə görə verilib. Nelli Zaks Nobel nitqində mükafatı almasını şirin bir xəyala bənzətmişd


Nadin Qordimer


Cənubi Afrika Respublikası ədəbiyyatının görkəmli nümayəndəsi Nadin Qordimer 1991-ci ildə Nobel mükafatına keçdiyi dolğun və bənzərsiz yaradıcılıq yoluna görə layiq görülüb.


Toni Morrison


Afrika və Amerika ədəbiyyatının dünyada təbliği istiqamətində yorulmadan çalışan amerikalı yazıçı Toni Morrison “Sevgili” adlı məşhur romanına görə 1988-ci ildə Pulitser, 1993-cü ildə isə Nobel mükafatına layiq görülüb.


Vislava Şimborska

1996-cı ildə Nobel mükafatına layiq görülmüş Polşa şairi Vislava Şimborskanın poeziyası dünyanın faniliyi, insanların yadlaşması və tənhalığı mövzularını əhatə edir.

Vislava Şimborska Nobel mükafatı alması xəbərini istirahət etdiyi Zakopan dağında eşidərkən demişdi: “Çox xoşbəxtəm, amma düzü, gözləmirdim. Qorxuram, bundan sonra əvvəlki kimi rahat həyat sürə bilməyim".


Elfrida Yelinek


Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek 2004-cü ildə cəmiyyətin mənfi meyilləri və hakimiyyətin sosial şablonlarını ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə Nobel mükafatına layiq görülüb. Şiddətli aqorafobiyadan (evdən kənara çıxmaq qorxusu – red.) əziyyət çəkən yazıçı bu səbəbdən Nobel mükafatının təqdimetmə mərasimində iştirak edə bilməmiş, əvəzində, mərasimdə onun videonitqi nümayiş etdirilmişdi.


Doris Lessinq


İngilis ədəbiyyatının görkəmli nümayəndələrindən olan Doris Lessinq uzun və məhsuldar yaradıcılığı ərzində Avropanın bütün əsas ədəbi mükafatlarını alıb. 2007-ci ildə isə yazıçı epik əsərlərində qadın baxışıyla təsvir olunan ehtiras, şübhə və gələcəyi görmə xüsusiyyətlərinə görə öz zəngin kolleksiyasına Nobeli də əlavə edib.


Herta Müller

Rumıniyada alman əsilli ailədə doğulmuş yazıçı Herta Müller 1999-cu ildə nüfuzlu Frans Kafka mükafatına layiq görülüb.
Şah əsərləri Rumıniyada senzuraya uğradığı üçün Almaniyada nəşr olunub. 2009 -cu ildə Nobel mükafatına layiq görülüb.


Elis Manro


Nobel Komitəsi 2013-cü ildə "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Nobel mükafatının qalibi elan edib. Yazıçını “Kanadanın Çexovu” adlandırırlar. Manronun hekayələrində sevgi və ölüm mövzuları qabarıq seçilir.


Svetlana Aleksiyeviç


Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin yaradıcılığının ana xəttini müharibə mövzusu təşkil edir. O, “polifonik yazılarına və dövrümüzün iztirab və mərdlik abidəsini yaratdığına görə” 2015-ci ildə Nobel mükafatına layiq görülüb.


Olqa Tokarçuk


Olqa Tokarçuk Nobel mükafatına 2018-ci ildə layiq görülüb. Şair kimi də tanınan yazıçı Polşanın Nobelə layiq görülmüş beşinci yazıçısıdır.

Luiza Qlük

2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə mükafatlandırılıb


Anni Enro


2022-ci ildə Nobel mükafatına layiq görülmüş Anni Erno bu ödülü almış ilk fransız qadın yazardır.

Fransa Prezidenti Emmanuel Makron Anni Ernonu təbrik edərkən onu "qadınların və unudulmuşların azadlıq rəmzi" adlandırmışdı. "Aydınyol"

# 1182 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #