“Kimin şübhəsi varsa...” – “Bu Şəhərdə”nin qalmaqalı

“Kimin şübhəsi varsa...” – “Bu Şəhərdə”nin qalmaqalı
24 yanvar 2022
# 13:10

“Kiminsə şübhəsi varsa, Azərbaycanı, Şuşanı sevirlərsə, mart ayında 1/8 final olacaq, gəlib baxa bilər”.

Bu sözləri Kulis.az-a “Şən və Hazırcavablar Klubu”nun (KVN) rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov deyib.

O, son günlər yaranan qalmaqallı məsələyə münasibət bildirib:

“Onda görəcəklər, biz qrupu hansı adla təqdim edirik. İnşallah, bir həftəyə də bütün saytlarda adımız “Şuşa” olaraq qeyd olunacaq.

Bu bir taktiki gediş idi. Biz mərhələni keçmək üçün özümüzü “Buta” adıyla təqdim etdik. Növbəti liqalarda adımızı dəyişib “Şuşa” qoyduq. Dedik ki, biz bu adla qeydiyyatdan keçməsək, oynamayacağıq. Onlar da qəbul etdi. Növbəti mərhələlərdə adımız “Şuşa” olaraq qeyd olunacaq. Saytlarda da bu cür yazılacaq”.

M.Abbasov daha sonra bunları söyləyib:

“Azərbaycandan 20-yə yaxın komanda gəlib. Və bu komandaların heç birini nazirlik göndərməyib. Mənim ideyam oldu ki, Rusiyanın birinci kanalına məhz “Şuşa” adı ilə çıxaq. Bu günə qədər heç bir Azərbaycan KVN-i bu cür milli adla yarışmayıb. Ancaq biz bu mərhələyə qədər gəlib çatdıq. Heç kim, heç bir dövlət qurumu bizə dəstək olmayıb.

Azərbaycanın mədəniyyət paytaxtı Rusiyanın mədəniyyət paytaxtında yarışacaq. Müxtəlif adlar qoya bilərdik. Xankəndi, Xocalı, Ağdərə Qubadllı və.s. Sadəcə istədik ki, mədəniyyət paytaxtını təmsil edək”.

# 3596 dəfə oxunub

Müəllifin son yazıları

# # #