Əfsanəvi rok qrupu Bakıda konsert verəcək

Əfsanəvi rok qrupu Bakıda konsert verəcək
26 iyul 2022
# 17:40

Avqustun 12-də Heydər Əliyev Sarayında Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, konsertdə qrupun maraqlı repertuarla çıxış edəcəyi bildirilib.

Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir.

Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #