Əfsanəvi aktrisa haqqında film çəkilir

Odri Hepbern, aktrisa

Odri Hepbern, aktrisa

11 yanvar 2022
# 18:50

Əfsanəvi aktrisa Odri Hepbernin həyatından bəhs edən film çəkiləcək.

Kulis.az xəbər verir ki, Odri Hepbernin həyatından bəhs edən filmdə Odrini aktrisa Runi Mara canlandıracaq. Onun bu rolu ifa etməsinə mərhum aktrisanın oğlu Şon Hepber də öz razılığını verib.

Filmin rejissoru Luka Quadaqnino, ssenaristi Maykl Mitnik, prodüseri isə Runi özü olacaq.

Qeyd edək ki, "Roma tətilləri" filmi ilə məşhurlaşan Odri 63 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, "Emmi", "Oskar", "Toni" və "Qremmi" mükafatlarını alaraq "EGOT" statusu qazanan ilk aktrisa olub.

# 2234 dəfə oxunub

Müəllifin son yazıları

# # #