Şeirlər, mahnılar bir də bu cür olsaydı... FƏRQLİ ÇALARLAR

Şeirlər, mahnılar bir də bu cür olsaydı... <span style="color:red;">FƏRQLİ ÇALARLAR
10 fevral 2017
# 12:52

Müxtəlif qurumlar hansı mahnılarla xatırlamaq mümkündür? Hər bir söz, hər bir misra öz müstəqim mənasından başqa nələrə işarə vurur. Kulis.Az məşhur şeir misralarını və mahnı sözlərini öz həqiqi məzmunundan fərqli çalarda təqdim edir.

"Dostlar, məni unutmasın" - ANS

"Qayıt yerinə qoy Ayı, Günəşi" - Şamaxı Rəsədxanası

"Saza niyə gəlmədin? Sözə niyə gəlmədin?" - Aşıqlar Birliyi

"Oxutmuram, əl çəkin" - Təhsil Nazirliyi

“Küçələrə su səpmişəm” - Bakı Şəhər İcra Hakimiyyəti

“Deyin, dustaqları buraxacaqlar” - Ədliyyə Nazirliyi

“Maral, maral, maral” - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Bəzi yerlərdə təsadüf olunur aşa, ətə" - Təzəpir məscidi

"Çərşənbə günündə, çeşmə başında" - Azərsu

"Qoy, işığı söndürüm" - Azərişıq

“Tələsmə, Zaur, tələsmə” - Dövlət Yol Polisi

“Ay gecikən məhəbbətim” - Təcili yardım

“Dilin can incidəndi...” - Dilçilik İnstitutu

“Geriyə baxma, qoca” - Azərbaycan Yazıçılar Birliyi

“Cənnət görmək istəyən Azərbaycana gəlsin” - AzTV

"Yar yaman aldatdı məni" - Mərkəzi Bank

“Getmə, tərsa balası...” - Bakı Multikulturalizm Mərkəzi

“Şəklimi çəkə-çəkə hərdən” - Rəssamlar İttifaqı

“Sən gecələr yat ay, Qurban” - Tarif Şurası

“Mənə elə baxma, məndən yoxdu heç yerdə” - Asan Xidmət

“Bu nə işdi düşdüm, ana” - Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi (ZAQS)

BONUS

"Cancanadır, cancana" - Milli Elmlər Akademiyası

# 1540 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #