Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni növ kəşf edildi

Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni  növ kəşf edildi
15 avqust 2025
# 10:09


Efiopyada aparılan arxeoloji qazıntılar zamanı 2,6-2,8 milyon il əvvələ aid 13 dişin daşlaşmış qalığı tapılıb.

Kulis.az xəbər verir ki, bu tapıntılar elm dünyasına yeni bir "Australopitekus" növünü tanıtdı və bu növün ən qədim homo nümayəndələri ilə eyni dövrdə yaşadığını sübut etdi.

Mütəxəssislər bu kəşfin insanın təkamül ağacının çoxşaxəli və mürəkkəb olduğunu göstərdiyini bildirirlər.

Hələlik yeni növə rəsmi ad verilməsə də, onun "Lucy" kimi tanınan "Australopitekus afarensis"dən fərqli olduğu müəyyənləşib.

Qeyd edək ki, tədqiqat nüfuzlu "Nature" jurnalında dərc olunub.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər