Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...
21 fevral 2025
# 17:44

Bakıda teatr aktyorunu və arvadını öldürənin məhkəməsi başlayıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə qətldə təqsirləndirilən 1973-cü il təvəllüdlü İslam Hadıyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Elan edilib ki, İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluq əlaqədar qəsdən adam öldürmə), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəlləri ilə ittiham olunur.



Məhkəmə baxışı martın 6-na təyin olunub.

Xatırladaq ki, 2024-cü il oktyabrın 22-i saat 21 radələrində Bakının Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın bıçaq zərbələri ilə öldürülməsi barədə Nəsimi RPİ-nə məlumat daxil olub.

Növbəti gün polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti tamah məqsədi ilə törətməkdə şübhəli bilinən İslam Hadıyev müəyyən olunaraq, saxlanılıb.

Mərhum İosif Tkaç aktyor olub, o, uzun müddət Rus Dram Teatrında işləyib.

# 563 dəfə oxunub

Müəllifin son yazıları

# # #