A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 16-da rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Kulis.az xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.
Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.
- Universitet müəlliminə aşiq oldu, qardaşı ilə atasının qəbirüstünə getmədi – Xumar Qədimovanın həyatından maraqlı faktlar
- ABŞ Gürcüstanda Amerika ədəbiyyatının təbliğinə 100 min dollar ayırdı
- “Oskar” mükafatının vaxtı dəyişdirilə bilər
Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.