"Dostoyevski"nin qəhrəmanı öldü

"Dostoyevski"nin qəhrəmanı öldü
22 iyul 2020
# 14:47

“Dostoyevski” serialında rol alan rusiyalı aktyor Andrey Sirotin 34 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Puşkin Moskva Dram Teatrının mətbuat xidməti Facebook-da məlumat yayıb. Aktyorun ölümün səbəbi göstərilməyib.

Qeyd edək ki, Andrey Sirotin “Dostoyevski” serialı ilə yanaşı, “Taleyin kəsişməsi”, “Şerif” kimi seriallarda, eləcə də “Drijor” filmində rol alıb.

# 2250 dəfə oxunub

Müəllifin son yazıları

# # #