Dünyanın ən böyük muzeyi: 950 otaq, 30000 əsər

Dünyanın ən böyük muzeyi: 950 otaq, 30000 əsər
15 sentyabr 2025
# 13:51

Hindistanın paytaxtı Yeni Delhidə yerləşən, 1947-ci ildən bəri ölkənin idarə mərkəzi sayılan "Central Secretaria" kompleksi dünyanın ən böyük muzeyinə çevriləcək.

Kulis.az xəbər verir ki, Britaniya müstəmləkəsi olduğu dövrdə inşa edilən, şimal və cənub bloklarından ibarət kompleksdə təxminən 4 min otaq var.

Hökumət bütün idarə və nazirlikləri yeni məkana köçürməyi, bölgədə müasir ofislər inşa etməyi və yeni parlament binasının tikintisini tamamlamağı hədəfləyir.

Muzeyin "Yuge Yugeen Bharat Museum" adlanacağı gözlənilir. Sanskrit dilində bu ad “sonsuz Hindistan” mənasını verir. Layihəyə görə kompleksin 950 otağı muzey kimi istifadə olunacaq və burada ölkənin tarixi və mədəniyyətini əks etdirən 25-30 min eksponat nümayiş etdiriləcək. Layihənin başlama vaxtı və büdcəsi hələlik açıqlanmayıb.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər