Məşhur aktrisa Mariska Hargitayın aparıcılığı ilə keçirilən 78-ci "Emmi" mükafatlandırma mərasimi ənənəvi televiziya yayımında ötən illə müqayisədə təxminən 10 faiz izləyici itirib.
Kulis.az xəbər verir ki, göstəricilərə əsasən, “NBC” kanalında yayımlanan şounu 6,7 milyon insan izləyib.
Televiziya izlənmələrindəki azalmaya baxmayaraq, mərasim rəqəmsal platformalarda rekorda imza atıb.
Belə ki, tədbir sosial şəbəkələrdə 133 milyondan çox qarşılıqlı təsir toplayaraq ötən illə müqayisədə 90 faizlik artım göstərib.
“Emmi” mükafatının izlənmə sayında azalma baş verdi