Dünya şöhrətli yazıçı Bakıya gəlir

Dünya şöhrətli yazıçı Bakıya gəlir
25 sentyabr 2024
# 15:54

Dünya şöhrətli yazıçı Con Boyn Bakıya gəlir.

Kulis.az xəbər verir ki, o, 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Beynəlxalq Kitab Sərgisinin fəxri qonağıdır.

Qanun Nəşriyyatının dəvəti ilə ölkəmizə təşrif buyuran yazıçı kitabsevərlərlə görüşəcək, öz əsərlərini imzalayacaq.

Xatırladaq ki, Con Boyn "Zolaqlı pijamalı oğlan" əsəri ilə bütün dünyada məşhurdur.

Kitab Azərbaycan dilində də nəşr olunub.

# 174 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #