Dueyn Consondan aktyorlara rekord məbləğdə ianə

Dueyn Consondan aktyorlara rekord məbləğdə ianə
25 iyul 2023
# 10:45

Amerikalı aktyor Dueyn Conson aktyorların tətilini dəstəkləmək üçün rekord məbləğdə ianə edib.

Kulis.az xəbər verir ki, bu barədə ABŞ Ekran Aktyorları Gildiyası Fondunun rəhbəri Kortni B.Vans "Variety"ə bildirib.

“Bir çek minlərlə aktyorun həyat şəraitini yaxşılaşdıracaq".

Consonun yüksək məbləğdə ianəsi 10.000 aktyora kömək edəcək.

Qeyd edək ki, tətilin əvvəlində ABŞ-ın Ekrançılar Gildiyası maliyyə yardımı almaq ümidi ilə ən varlı üzvlərinə müraciət edib. SAG-AFTRA 160 mindən ibarət olsa da, 2,7 min sənətçiyə sorğu göndərilib.

# 946 dəfə oxunub

Müəllifin son yazıları

# # #