“Ata yolu” filmi nümayiş olunacaq

“Ata yolu” filmi nümayiş olunacaq
2 may 2023
# 13:30

Mayın 3-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə İttifaqdan bildirilib.

Tədbir çərçivəsində tanınmış kinematoqraf Vaqif Mustafayevin “Ata yolu” filmi nümayiş olunacaq.

Qeyd edək ki, ekran əsəri Prezident İlham Əliyevin Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışına dair xatirələri ilə başlanır: “Mən demək olar ki, bütün məqamları müşahidə etmişəm. Çünki daim onun yanında idim və 1993-cü ildən onun yanında idim. Ondan əvvəl Naxçıvanda olarkən ildə bir neçə dəfə Naxçıvana gedirdim. Onunla birlikdə idim. Bütün bu proseslərin şahidiyəm və bəzi proseslərin iştirakçısıyam. O vaxt, əlbəttə, ağır məqamlar kifayət qədər çox idi”.

Filmdə eramızdan əvvəl IX əsrdə ölkəmizin ərazisində mövcud olmuş Manna dövlətindən başlayaraq müasir dövrümüzə qədər xalqımızın yadelli işğalçılara qarşı apardığı mübarizəni əks etdirən şanlı tarixinə qısa ekskurs edilib. Sonra XX əsrdə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühiti üzərində xüsusi dayanılıb və ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.

# 694 dəfə oxunub

Müəllifin son yazıları

# # #