Dreyk rekord qırdı

Dreyk rekord qırdı
3 avqust 2023
# 16:00

Kanadalı reper Dreyk Vaşinqtonun Capital One Arenasında baş tutan konsertindən 5 milyon dollardan çox pul qazanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bununla da reper ABŞ-də bir konsertdən bu qədər pul qazanan ilk musiqiçi olub.

Biletin orta qiyməti təxminən 300 dollar olan konsertə ümumilikdə 34 mindən çox insan gəlib.

Qeyd edək ki, indiyə qədər tarixdə ən çox gəlir gətirən hip-hop turu Kendrick Lamar-ın 110,9 milyon dollar qazanan "The Big Steppers" turudur. Drake eyni tempdə davam edərsə bu rekordu qıracaq.

# 724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #