Dostoyevskinin "Cinlər"i hərraca çıxarıldı

Dostoyevskinin "Cinlər"i hərraca çıxarıldı
14 yanvar 2026
# 10:40

Fyodor Dostoyevskinin 1935-ci ildə çap olunmuş və sonradan məhv edilmiş “Cinlər” romanının nadir nəşri hərraca çıxarılır.

Kulis.az xəbər verir ki, “Litfond” hərrac evi başlanğıc qiymətinin 1,2 milyon rubl olacağını açıqlayıb.

Uzun illər bu nəşr bukinistlər arasında mif hesab edilib.

Məlumata görə, kitabın dünyada cəmi onadək nüsxəsi qorunub saxlanılıb.

Nəşr iki cildlik kimi planlaşdırılsa da, çap prosesi yarımçıq qalıb və əksər nüsxələr məhv edilib.

Qeyd edək ki, kitabın fiziki vəziyyətində yalnız cüzi aşınmalar müşahidə olunur.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər