Diva tanınmaz hala düşdü

Diva tanınmaz hala düşdü
1 may 2023
# 09:00

Türk Klassik Musiqisinin Divası kimi tanınan Bülent Ersoy son halı ilə pərəstişkarlarını təəccübləndirib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur sənətçilər Bülent Ersoy və Nükhet Duru modelyer Gülşah Saraçoğlunu ziyarət edib. Saraçoğlu məşhur sənətçilərin fotolarını çəkərək sosial media hesabında “Nə gözəl cümə”, - deyə qeyd edib.

Gündəlik tərzi ilə belə göz qamaşdıran məşhur sənətçinin dəri rəngi sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. Divanın son versiyasını görəndə təəccüblənən istifadəçilər bu fotonu paylaşdığı üçün Gülşah Saraçoğlunu kəskin tənqid ediblər.

# 1989 dəfə oxunub

Müəllifin son yazıları

# # #