Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçiriləcək
10 aprel 2023
# 19:26

Humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.

Dövlətimizin başçısı bildirib ki, bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #