Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.
- Sarı bənizli Bənövşə… - Xumar Quliyeva
- Dünyanın ən çox qazanan müğənnisi həyatını dəyişdirən kitabı açıqladı
- 21-ci əsrin ən yaxşı qadın müğənniləri - Siyahı
K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.
Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.