Dilən, professor, utanma, dilən... - Famil Mehdinin məşhur şeiri

Dilən, professor, utanma, dilən... - Famil Mehdinin məşhur şeiri
25 dekabr 2023
# 16:00

Bu gün tanıbnmış şair Famil Mehdinin doğum günüdür.

Kulis.az onun "Dilən, professor, utanma, dilən..." şeirini təqdim edir.

Dillən, professor, utanma, dillən...
Səslə, hər keçəndən sədəqə istə,
Qaçandan, köçəndən sədəqə istə.
Fərqi yox, Bakıdan, Ağdamdan olsun,
Səninçün nə fərqi: yaxşı, yaman kim,
Bir də qanmayan kim, həm də qanan kim,
Məslək dəyişənmi, ev dəyişənmi,
Qızıl axtaranmı, ya goreşənmi,
İnsanmı, heyvanmı - satandı, gedir,
İt-qurd kölgəsində yatandı, gedir.
Dünyanın ən qəlpi, ən safı olsun,


Təki ürəyinin insafı olsun.
Hanı o qırmızı diplomlar, hanı?
Nəyimə gərəkdir torbada qala,
çıxar, hamısını cır at, tapdala.
Yandır cild-cild, yansın əl yazıların,
Sən kimə gərəksən, o kimə lazım?
O fəxri fərmanları,
Təşəkkürləri yandır,
Dünya aldanan yox, bil aldadandır.

Bir də ki, hər dəfə qomarlayanlar,
Öpüb bığlarını tumarlayanlar-
Nəvələr görməsin diləndiyini,
Tale xırmanında döyüldüyünü,
Ömrün ələyində ələndiyini.
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən...

# 627 dəfə oxunub

Müəllifin son yazıları

# # #