Məşhur aktyorun həyat yoldaşı bu gün dəfn olunacaq

Məşhur aktyorun həyat yoldaşı bu gün dəfn olunacaq
12 iyun 2015
# 10:23

Azərbaycanın tanınmış aktyoru, “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.


Lent.az-ın məlumatına görə, mərhum Lida xanımın dəfn mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək.

Mərhum Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.

Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.

“Fəryad” filmi mərhum Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub.

C.Mirzəyev 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.

# 1179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #