Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu

P.Diddi, reper

P.Diddi, reper

6 iyul 2026
# 15:33

Amerikalı qalmaqallı reper P. Diddinin (əsl adı Şon Kombs) həbs cəzasının müddəti növbəti dəfə azaldılıb.

Kulis.az xəbər verir ki, bu barədə ABŞ həbsxanalarının rəsmi məlumat bazasına istinadən "RİA Novosti" məlumat yayıb.

Yenilənmiş qeydlərə görə, P. Diddy fevralın 23-ü əvəzinə, 8 fevral 2028-ci il tarixində həbsxanadan azadlığa buraxılacaq.

Sənətçinin cəza müddətinin ilkin tarixi 8 may 2028-ci il olaraq təyin edilmişdi.

Məhkəmə hökmü və ittihamlar

Ötən ilin oktyabr ayında Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Münsiflər heyəti sənətçini insanları fahişəliyə cəlb etmək məqsədilə daşıma (insan alveri) ilə bağlı iki ittiham üzrə təqsirli hesab edib.

Bununla belə, məhkəmə reperi reketçilik və cinsi istismar məqsədilə zorakı köçürmə ittihamları üzrə günahsız hesab edərək ona bəraət verib.

Vəkillərin qeyri-adi müdafiə taktikası

Ötən aprel ayında sənətçinin hüquq müdafiəçiləri çıxarılan hökmdən ABŞ-nin İkinci Apellyasiya Dairəsi Məhkəməsinə şikayət etməyi planlaşdırırdılar. Reperin vəkilləri münsiflər heyətinin bir çox ağır və mühüm ittihamlar üzrə bəraət qərarı verdiyini əsas gətirərək kəsilən cəzanın reallıqdan uzaq və həddindən artıq sərt olduğunu iddia edirlər.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər