"Dallas"ın ideya müəllifi vəfat etdi

"Dallas"ın ideya müəllifi vəfat etdi
23 avqust 2023
# 15:00

CBS-də yayımlanan " Dallas " və "Cənnət" seriallarının yaradıcısı Devid Ceykobs 84 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir Alzheimer xəstəliyi ilə mübarizə aparan Ceykobs bazar günü Burbankdakı Providens Sent Cozef Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, o, həmçinin "Dallas"ın spinoffu "Knots Landing"in də yaradıcısı olub.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #