Məşhur italiyalı aktrisa, keçmiş “Miss İtaliya” Lusia Bose vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı aktrisanın koronavirusadan öldüyü bildirilib. Məlumat sənətçinin məşhur ispan müənnisi olan oğlu Miquel Bose tərəfindən təsdiqlənib.
Qeyd edək ki, aktrisa kino karyerasına 1950-ci ildə Cüzeppe De Santisin "Zeytun altında sülh yoxdur" filmi ilə başlayıb. Daha sonra Mikalancelo Antoninin "Bir Sevginin Salnamələri", Federika Fellininin "Satirikon" filmlərində rol alıb. Lusia Bose həmçinin "Saat 11-də Roma", "Elan edilmiş ölüm salnaməsi", "Son Harem" və "Velosipedçinin ölümü" filmlərində də uğurlu rollar yaradıb. 1980-ci ildə Lucia Bose Seqoviyada dünyanın ilk mələklər muzeyini açıb.