“Dahilər” adlı konsert proqramı təqdim olunacaq

“Dahilər” adlı konsert proqramı təqdim olunacaq
5 fevral 2024
# 10:15

Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq.

Kulis.az xəbər verir ki, "Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə tanınmış müğənnilər çıxış edəcəklər.

# 623 dəfə oxunub

Müəllifin son yazıları

# # #