Corc Kluni: "Metyu Perri xoşbəxt deyildi"

Corc Kluni:  "Metyu Perri xoşbəxt deyildi"
25 dekabr 2023
# 10:40

Amerikalı aktyor Corc Kluni oktyabrın 28-də dünyasını dəyişən Hollivud ulduzu Metyu Perri haqqında danışıb.

Kulis.az xəbər verir ki, Kluni "Deadline"a müsahibəsində bunları deyib:

"Metyunu 16 yaşımdan tanıyıram. O, məndən 10 yaş kiçik idi. Çox gülməli uşaq idi. Həmişə xoşbəxt olmaq istədiyini deyirdi. Məşhur olsa da, özünü xoşbəxt hiss etmirdi. Pul həmişə xoşbəxtlik gətirmir".

Qeyd edək ki, “Dostlar” serialının aktyoru Metyu Perri oktyabrın 28-də Malibudakı evində cakuzidə ölü tapılmışdı.

# 816 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #