Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı
14 sentyabr 2026
# 17:00

Parisdəki Konkord meydanında 80-dən çox ölkənin iştirakı ilə 10-cu Beynəlxalq Qastronomiya Şəhərciyi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə qurulan milli pavilyon ziyarətçilərin böyük rəğbətini qazanıb.

“Gabala Hospitality Group” və “Happy Day” şirniyyat evi tərəfindən hazırlanan plov, dolma, qutab, turşular, eləcə də şəkərbura, paxlava, badambura, mürəbbə və çay nümayiş olunub.

Ziyarətçilərə milli geyimlər, musiqi və rəqs nümunələri təqdim olunaraq ölkənin zəngin irsi tanıdılıb.

Ekoloji məsuliyyət və qida israfına qarşı mübarizənin ön plana çəkildiyi tədbirdə toplanan ərzaq ianələrinin evsiz insanlara paylanması nəzərdə tutulub.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər