Rejissor Stiven Soderberqin “Okeanlar” serialının hər 3 filmində rol alan Corc Kluninin trilogiyadan milyonlar qazandığı məlum olub.
Kulis.az xəbər verir ki, Soderberq 2000-ci illərin əvvəllərində “Okeanlar 11”i çəkib.
Serialda məşhur aktyorlar Corc Kluni, Bred Pitti, Mett Deymoni və Culiya Robertsi yer alıb.
“Okeanlar 11” dünya səviyyəsində 450,7 milyon dollar gəlir əldə edib.
Corc Kluni isə serialdan 50 milyon dollar qazanıb. Bu onun karyerasının ən yüksək gəliri olub.