Məşhur “Simpsonlar” animasiya serialının filmi çəkilir.
Kulis.az xəbər verir ki, "20th Century Studios" sosial şəbəkələrdə yaydığı açıqlamasında ssenari üzərində işlərə artıq start verildiyini və ikinci filmin 2027-ci ilin yayında kinoteatrlarda təqdim olunacağını bildirib
Qeyd edək ki, “Simpsonlar” ABŞ televiziya tarixində ən uzunömürlü animasiya serialı hesab olunur.
Serial əsasında çəkilən ilk bədii film – “Simpsonlar: Film” 2007-ci ilin iyulunda nümayiş olunmuş, 75 milyon dollarlıq büdcə ilə 536 milyon dollar gəlir əldə edərək böyük kommersiya uğuru qazanmışdı.
Yeni ekran işinə dair əlavə detalların yaxın aylarda açıqlanacağı gözlənilir.