Conni Depp xəstəxanaya yerləşdirildi

Conni Depp xəstəxanaya yerləşdirildi
24 iyul 2023
# 10:30

Amerikalı aktyor Conni Depp otel otağında huşsuz vəziyyətdə tapıldıqdan sonra Budapeştdə xəstəxanaya yerləşdirilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin səbəbi hələ açıqlanmayıb.

Nəticədə, Depp səhhəti ilə əlaqədar “Hollywood Vampires” qrupu ilə konsertdə çıxış edə bilməyib.

"Konsert üçün hər şey hazır idi, lakin Depp oteldən belə çıxa bilmədi. Onun alkoqoldan istifadə edib-etmədiyini öyrənmək üçün həkim çağırdıq”, - qrup üzvü bildirib.

60 yaşlı Hollivud aktyorunun sağlamlıq və təhlükəsizlik problemləri ilə əlaqədar konsert təxirə salınıb.

# 521 dəfə oxunub

Müəllifin son yazıları

# # #