Con Lennonun royalı hərraca çıxarılır

Con Lennonun royalı hərraca çıxarılır
29 iyul 2023
# 15:50

Məşhur “Beatles” qrupunun solisti Con Lennona və Endi Uorhola məxsus olmuş “Baldwin” firmasının royalı Birləşmiş Ştatların Merilend ştatındakı Tauson şəhərində “Alex Cooper Auctioneers” hərracına çıxarılacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Con Lennon “Concert Grand Model D” markalı həmin royalı 1978-ci ildə Nyu-Yorkdakı “Baldwin Factory Store” mağazasından alıb. O, bir ildən sonra musiqi alətini dostu, incəsənət meneceri və öz kuratoru Sem Qrinə hədiyyə edib. Sonuncu Endi Uorholun ilk muzey-sərgisini təşkil edib. 1983-cü ildə isə Sem Qrin royalı müvəqqəti istifadə etmək üçün Endi Uorhola verib.

Royalın üzərində “Con və Yokodan Semə hədiyyə” qravürası olan lövhəcik var. Hərrac sentyabrın 30-da keçiriləcək. Lotun gözlənilən qiyməti isə 2-3 milyon dollardır.

# 610 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #