Azərbaycanlı dirijor Başqırdıstanda çıxış edəcək

Azərbaycanlı dirijor Başqırdıstanda çıxış edəcək
3 sentyabr 2024
# 18:25

Azərbaycanın məşhur musiqi sülaləsinin nümayəndəsi, dirijor Murtuza Bülbül Rusiya və Türkmənistandan olan həmkarları ilə birlikdə MDB-nin Gənclər Simfonik Orkestri və Başqırdıstanın Dövlət Akademik Simfonik Orkestri ilə birgə Başqırdıstan Respublikasında konsertlə çıxış edəcək.

Kulis.az xəbər verir ki, konsert sentyabrın 17-də, Ufada, MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu layihəsi çərçivəsində təşkil olunacaq.

Konsert proqramı rus və xarici bəstəkarlarının şah əsərlərini ehtiva edir.

Murtuza Bülbül Rusiya Federasiyasının Xalq artisti Sergey Skripka, Dmitri Kryukov, Konstantin Naumenko, Rəsul Klıçov kimi dirijorlarla bir səhnəni bölüşəcək.

Qeyd edək ki, Murtuza Bülbül opera müğənnisi, SSRİ Xalq artisti, professor Bülbülün nəvəsi, bəstəkar və müğənni, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun oğludur.

# 215 dəfə oxunub

Müəllifin son yazıları

# # #