“Artıq yeni dövr başlayıb, artıq 30 illik həsrətə son qoyulub, Vətən uğrunda canlı döyüşlər gedir”.
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Məmmədsəfa Qasımov deyib. O, hər gün aldığımız sevindirici xəbərlər bizi qələbəyə bir az daha yaxınlaşdırdığını qeyd edib:
“Hər gün aldığımız sevindirici xəbərlər bizi qələbəyə daha da yaxınlaşdırır, artıq bir gözümüz gülür, ancaq bir gözümüz də ağlayır, çünki biz şəhidlər veririk. Bu gün Azərbaycanda elə ailə yoxdur ki, üzvlərindən kimsə hərbi xidmətdə olmasın. Bu bizim ordumuzdur. Biz arxa cəbhədə baş verənləri həyəcanla izləyirik, vətəndaş mövqeyindən çıxış edərək deyirəm ki, hər an Prezidentimizin, Ali Baş Komandanın əmrinə hazırıq”.
Çəkildiyi “Dolu” filmindəki komandir obrazına da toxunana Xalq artisti sözügedən filmin zamanında çəkilən və öz işini görən bir film olduğunu qeyd edib:
“Çünki mövzu baxımından filmdə Vətən, Namus, Qeyrət kimi sözlər əsas götürülür ki, bu da torpağı düşmən tapdağında olan tamaşaçının qanını coşdurmaya bilməz. Müharibə mövzisunda olan bir filmdə belə bir ruha köklənmək çox önəmlididr. Artıq yeni dövr başlayıb, artıq 30 illik həsrətə son qoyulub, Vətən uğrunda canlı döyüşlər gedir. Görüləsi işlər qarşıdadır. Bu baxımdan Azərbaycan kinematoqrafiyasının üzərinə böyük məsuliyyət düşür. Çünki artıq real qəhrəmanlarımız var və onların hər birinin həyatı ssenaridir”. /Aki.az/