Putinin verdiyi medal Çingiz Abdullayevə təqdim ediləcək

Putinin verdiyi medal Çingiz Abdullayevə təqdim ediləcək
7 noyabr 2020
# 09:28

Noyabrın 10-da Rusiyanın nüfuzlu "Dostluq ordeni" Xalq yazıçısı Çingiz Abdullayevə təqdim ediləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, orden yazıçıya Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov tərəfindən təqdim olunacaq.

Xatırladaq ki, nüfuzlu “Dostluq ordeni” Çingiz Abdullayevə bu ilin mayında Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanı ilə verilmişdi.

Fərmanda qeyd olunurdu ki, yazıçı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə ordenlə təltif edilsin.

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

# # #