Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub
24 sentyabr 2025
# 09:23

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin yeni təqdimatı olub.

Kulis.az xəbər verir ki, əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə əks olunub.

Qeyd edək ki, sentyabrın 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı başqa təqdimatlarla da yadda qalacaq.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər