Məşhur türkiyəli modelyer Nur Yerlitaş vəfat edib
Kulis.az xəbər verir ki, modelyerin ölümü haqqında məlumatı türkiyəli sənətçilər sosial şəbəkədə paylaşıblar. Ötən il beyin əməliyyatı keçirən 64 yaşlı modelyer bu gün dünyasını dəyişib. Nur Yerlitaş 19 saat əvvəl İnstaqram hesabından “Baxma mənə ordan elə, baxdığın yerdəyəm. Mənimlə qal, evdə qal” sözlərini paylaşıb.
Qeyd edək ki, Nur Yerlitaş 80- ci illərdə Paris və Milandan gətirdiyi geyimləri sataraq modelyer kariyerasına başlayıb.