Tanınmış şair, tənqidçi, "Ədəbiyyat qəzeti"nin sabiq baş redaktoru Ayaz Vəfalıya ağır itki üz verib.
Ayaz Vəfalının nəvəsi 25 yaşlı Orxan Behbudlu dünyasını dəyişib.
Bu barədə AzNews.az-a açıqlama verən Ayaz Vəfalı bildirib ki, Orxan Behbudlu qan xərçəngi xəstəliyindən vəfat edib:
- Sumqayıt hadisələrini filmə çevirən rejissor - Həyat Hekayəti
- Lui Ferdinand Selin: “Gözəl hekayən varsa, o zaman ölməyə haqqın çatır...” – Müsahibə
- Nəsimi ateist idimi? – İradə Musayeva yazır
“Orxan xəstə idi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Gözümü açıb onu xəstə görmüşəm. Bu gün isə səhər saatlarında da onu itirdik. İnanın, çox pisəm, bilmirəm necə edim”.
Hazırda yas mərasimində olan Ayaz Vəfalı O.Behbudlunun bu gün dəfn olunacağını dedi.
Qeyd edək ki, Orxan Behbudlu tanınmış jurnalist Ələsgər Behbudlunun oğludur.