“Nizami – 880 ilin ölməzliyi” adlı yeni kitab çap olundu

Nizami – 880 ilin ölməzliyi

Nizami – 880 ilin ölməzliyi

17 dekabr 2021
# 13:10

Yazıçı, araşdırmaçı Günel Eyvazlının “Nizami – 880 ilin ölməzliyi” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, böyük türk şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən “Nizami – 880 ilin ölməzliyi” kitabı “Nizami ili”nə həsr edilib.

“880 ilin ölməzliyi”, “Mağara effekti”, “Dinə fantastikadan uzaq, 21-ci əsrin insanı kimi baxsaq nə görərik?, ”“Nizaminin fikir açarı”, “Şirin”, “Yeddi gözəl”, “Bəhram şahın qarşılaşdığı sınaqlar”, “Nizami Gəncəvi yaradıcılığında həyat eşqi”, “Doğuluş”, “Fikir qığılcımları” və.s başlıqlarla əhatələnən kitabda oxucu Nizami Gəncəvi yaradıcılığı ilə tamam fərqli rakursdan tanış olacaq.

Qeyd edək ki, “Nizami -880 ilin ölməzliyi” kitabı müəllifin sayca dördüncü kitabıdır. Kitabın əlçatanlığını təmin etmək üçün onun ölkə daxilində bütün kitabxanalara paylanılması nəzərdə tutulub.

Kitabın redaktoru Üzeyir Əlizadədir.

# 1285 dəfə oxunub

Müəllifin son yazıları

# # #